Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

«QHT-lər bütün diqqətlərini Azərbaycandakı problemləri şişirtməyə yönəldib»


Novruz Məmmədov bildirib ki, beynəlxalq media qurumları Azərbaycana ədalətsiz yanaşırlar

Novruz Məmmədov bildirib ki, beynəlxalq media qurumları Azərbaycana ədalətsiz yanaşırlar

«Ancaq müəyyən maraqları olan adamlar deyə bilərlər ki, İlham Əliyev mətbuatın düşmənidir». Prezidentin İcra Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinə müsahibəsində belə deyib. Novruz Məmmədov bildirib ki, beynəlxalq media qurumları Azərbaycana ədalətsiz yanaşırlar.


«Nədənsə qeyri-hökumət təşkilatları elə bütün diqqətlərini Azərbaycandakı problemləri şişirtməyə yönəlib, bunların xeyri yoxdur. Ola bilsin ki, bu müəyyən maraqlara yönəlib».


Amma Novruz Məmmədov bu, maraqların nədən ibarət olması barədə şərh vermək istəmədi. Prezident Aparatının rəsmisi hesab etmir ki, belə qiymətləndirmələr Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcək.


Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda media sahəsində ciddi problemlərin olması yer alıb. «Sərhədsiz reportyorlar» ilk dəfə olaraq Azərbaycan prezidentini «Mətbuatın düşmənləri» siyahısına daxil edib. «Article 19» Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Azərbaycanda jurnalistlərin hüquq və azadlıqlarının pozulması faktları ilə əlaqədar ciddi narahatçılıq ifadə edib. Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsi də Azərbaycanı dünyada söz azadlığının ən çox pozulduğu 10 ölkə sırasına daxil edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG