Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:53

«Article 19» da hakimiyyəti tənqid etdi


«Bütün bunlar Azərbaycanda demokratiyaya inamı sarsıdır»
«Bütün bunlar Azərbaycanda demokratiyaya inamı sarsıdır»

«Article 19» Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Azərbaycanda jurnalistlərin hüquq və azadlıqlarının pozulması faktları ilə əlaqədar ciddi narahatçılıq ifadə edib. Qurumun prezident İlham Əliyevə ünvanladığı açıq məktubda təşkilatın icraçı direktoru Anyes Kalamar bildirib ki, jurnalistlərin həbsi və döyülməsinin son faktları (Eynulla Fətullayevin mühakiməsi və Üzeyir Cəfərovun döyülməsi) beynəlxalq cəmiyyəti narahat etməyə bilməz.


«Turan»ın məlumatına görə, «Article 19» bildirir ki, Fətullayev 2005-ci ildə dövləti və ordunu 1992-ci ildə Xocalının erməni qüvvələri tərəfindən işğalı zamanı dinc əhalini qorumağa qadir olmamaqda tənqid edən sitat yazmışdı. O, Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə böhtanda ittiham edilib və bu il aprelin 20-dən iki il yarım müddətinə həbs edilib: «Elə həmin gün «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Üzeyir Cəfərov hücuma və amansız döyülməyə məruz qalıb».


Təşkilat hesab edir ki, Fətullayev Azərbaycanda həbs edilmiş beşinci jurnalist olub ki, bu da ölkəni söz azadlığı və jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində ən geridə qalmışlardan biri edir. «Biz hadisələrin belə inkişafından dərin narahatlıq ifadə edirik. Belə hallar Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulmasıdır və demokratik proseslərə ziddir. Bütün bunlar qorxu atmosferi yaradır ki, bu da azad mətbuatın fəaliyyəti ilə uyğunlaşmır və Azərbaycanda demokratiyaya inamı sarsıdır», - deyə müraciətdə qeyd edilir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG