Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:44

«Sərhədsiz reportyorlar» İlham Əliyevi «mətbuatın düşmənləri» siyahısına daxil edib


«O, siyasətin sərt reallıqlarına uyğun gəlməyən səmimi adama oxşayır»
«O, siyasətin sərt reallıqlarına uyğun gəlməyən səmimi adama oxşayır»

Mövcud olduğu 20 ildən çox bir müddətdə mətbuatı müdafiə edən beynəlxalq təşkilat «Sərhədsiz reportyorlar» ilk dəfə olaraq Azərbaycan prezidentini «Mətbuatın düşmənləri» siyahısına daxil edib. «Turan» İnformasiya Agentliyinin məlumatına görə, mayın 3-də yayılan bu siyahı ənənəvi olaraq «Yırtıcılar» adlanır.


Uzun illərdi ki, bu təşkilat hamıdan daha çox mətbuat azadlığını boğan yüksək vəzifəli dövlət məmurlarının, hərbçilərin və hökmdarların siyahısını tərtib edir. Bu il onların arasına bir neçə jurnalisti qətlə yetirmiş Meksika narkobaronları ilə birlikdə Azərbaycan və Laos prezidentləri də daxil edilib.


Ümumdünya Mətbuat Azadlığı Günü «Mətbuatın düşmənləri» siyahısını nəşr edən «Sərhədsiz reportyorlar» Azərbaycan prezidenti haqqında yazır ki, o, ölkəni 2003-cü ildən - 34 il ərzində Azərbaycana başçılıq etmiş atası Heydər Əliyevin hakimiyyəti «məharətlə» ona ötürməsindən sonra idarə etməyə başlayıb.


«O, siyasətin sərt reallıqlarına uyğun gəlməyən səmimi adama oxşayır, lakin əməldə müxalifəti və müxalifət mətbuatını, həmçinin korrupsiyaya qarşı mübarizə aparan hər kəsi məhv edən atasının oğlu olduğunu nümayiş etdirir. 2005-ci ildə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən sonra, jurnalistlərə qarşı hücumların sayı artıb, kütləvi informasiya vasitələrinə təzyiqlər güclənib. Son nümunə «Azadlıq» qəzetinin və bir sıra digər KİV-lərin binalarından köçürdülməsi olub», - deyə «Sərhədsiz reportyorlar» qeyd edir.


Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə bunu «ədalətsiz və etikasız qərar» adlandırıb: «Ancaq İlham Əliyev cənablarını tanımayan belə bir qərar qəbul edə bilər». Cənab Mirzəzadə bildirib ki, «Sərhədsiz reportyorlar» bununla «böyük bir sifarişi yerinə yetirib».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG