Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:59

Nazir «Avropa qapıları»ndakı yoxlamadan xəbərsizdi


Vergilər naziri Fazil Məmmədov

Vergilər naziri Fazil Məmmədov

Vergilər naziri Fazil Məmmədov «Avropa qapıları» şirkətində gedən yoxlamadan xəbəri olmadığını deyib. O, yoxlama barəsində ancaq «qəzetlərdən xəbər tutduğunu» bildirib.


Bu günlərdə fəaliyyəti dayandırılan «Avropa qapıları» Açıq Tipli Səhmdar Cəmiyyəti keyfiyyətsiz qapılar istehsal etməkdə ittiham olunur.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, şirkətlə bağlı nazirliyə çoxsaylı şikayətlər daxil olub.


İndi şirkətin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı araşdırma gedir. Araşdırmanı DİN-in Baş Cinayət İdarəsinin İstintaq idarəsi aparır. Eyni zamanda bildirilir ki, şirkət işçiləri hesablaşma zamanı xarici valyutadan-dollardan istifadə ediblər.


«Avropa qapıları» şirkətinin təsisçisi, deputat Baba Tağıyev yoxlamalarla bağlı müəssisədə vəziyyətin gərgin olduğunu etiraf edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG