Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:17

Hakimiyyətdən jurnalistlərin qorxudulmasına, təqibinə və onlar üzərində zorakılığa son qoyulması tələb edilir


Bir qrup jurnalist, hüquq müdafiəçisi, ictimai xadim Azərbaycan hakimiyyətindən jurnalistlərin qorxudulmasına, təqibinə və onlar üzərində zorakılığa son qoyulmasını istəyiblər. 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə hakimiyyətə ünvanlanmış müraciətdə bildirilir ki, son dövrlər Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər güclənib. Müraciət müəllifləri bəyan edirlər ki, həbsdə olan jurnalistlər azad edilməli, böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələr Cinayət Məcəlləsindən çıxarılmalı, mərhum jurnalist Elmar Hüseynovun qatilləri və zorakılığa məruz qalmış digər jurnalistlərin işi üzrə təqsirkarlar tapılmalı, qəzetlərlə bağlı ədalətsiz qətnamələr çıxarmış hakimlər cəzalandırılmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG