Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:16

Tələbələr üçün pullu yataqxanalar tikilə bilər


Nazir müavini təklif edir ki, ödənişli yataqxanalar yaradılsın

Nazir müavini təklif edir ki, ödənişli yataqxanalar yaradılsın

Tələbələr üçün yeni pullu yataqxanalar tikilə bilər. Təhsil nazirinin müavini Elmar Qasımov deyib ki, indi tələbə yataqxanalarının əksəriyyəti qaçqın və məcburi köçkünlər tərəfindən zəbt olunduğundan, bu, əcnəbi tələbələrin universitetlərə qəbuluna böyük maneə törədir.


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə bildirir ki, bu universitetin altı yataqxanasının hamısında qaçqınlar yaşayır. Onun sözlərinə görə, hazırda universitetdə 700-ə yaxın əcnəbi tələbə təhsil alır, ancaq bu rəqəmi iki dəfə artırmaq imkanı var. Yeganə problem isə məhz yataqxanalardır.


Təhsil nazirinin müavini Elmar Qasımov da bildirib ki, Azərbaycana bir çox xarici tələbələr maraq göstərir. Lakin tələbə yataqxanası olmadığından «canlı investisiyanın» gəlməsi məhdudlaşır.


Günün bütün mövzuları

XS
SM
MD
LG