Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

Terri Devis söz azadlığına təhlükədən narahatlığını bildirib


«Hökumət həqiqəti qorumalıdır, jurnalistlərin təhlükəsiz, azad, kənar təsirsiz fəaliyyətini təmin etməlidir»

«Hökumət həqiqəti qorumalıdır, jurnalistlərin təhlükəsiz, azad, kənar təsirsiz fəaliyyətini təmin etməlidir»

Avropa Şurasının (AŞ) baş katibi Azərbaycanda söz azadlığına təhlükədən narahatlığını bildirib. Terri Devisin bəyanatında deyilir ki, son aylar bir neçə jurnalist böhtan və təhqirə görə həbs olunub, peşə fəaliyyəti ilə bağlı fiziki hücumlara məruz qalıb.


Cənab Devis bəyan edir ki, narahatlıq doğuran bu xətt aprelin 20-də öz kuliminasiyasına çatıb - redaktor Eynulla Fətullayev internetdə məqaləsinə görə, böhtan və təhqir ittihamıyla iki il yarım həbs edilib: «Bu, qəbuledilməzdir və Azərbaycanın beynəlxalq nüfuzuna böyük ziyan vurur».


AŞ-ın baş katibi bildirir ki, istənilən demokratik ölkədə diffamasiya - təhqir və böhtana görə, cinayət məsuliyyəti ləğv olunmalıdır, insan haqları və qanunun aliliyinə hörmət edilməlidir.


«Hökumət həqiqəti qorumalıdır, jurnalistlərin təhlükəsiz, azad, kənar təsirsiz fəaliyyətini təmin etməlidir. Söz azadlığı Avropa İnsan Haqları Konvensiyası tərəfindən qorunur. Biz Azərbaycan hakimiyyətinə yardıma hazırıq ki, bu ölkə söz azadlığını qorumaq üçün qanunvericiliyini, inzibati və ədliyyə sahəsini Avropa Şurasının üzvündən gözlənilən səviyyəyə çatdırsın», - deyə Terri Devis vurğulayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG