Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Satışda olan kiçik həcmli spirtli içkilər standarta cavab vermir


İşçi qrup kiçik həcmdə qablaşdırılmış etil spirtinə milli standart tətbiq edəcək
İşçi qrup kiçik həcmdə qablaşdırılmış etil spirtinə milli standart tətbiq edəcək

Hazırda mağazalarda satılan 50-100 qramlıq etil spirti standarta cavab vermir. Dövlət Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin rəsmisi Qalib Ağayev belə deyir. O, bildirir ki, kiçik həcmdə qablaşdırılmış etil spirtinin standartlaşdırılmasına ehtiyac var. Qalib Ağayev deyir ki, bu məsələ işçi qrupun iclasında müzakirə olunacaq.


Dövlət Agentliyinin rəsmisi onu da bildirir ki, Azərbaycanda indiyə kimi 240-dan çox milli standart işlənib hazırlanıb. 2007-ci ildə isə maşınqayırma, tikinti, neft-kimya və yeyinti sənayesi sahələrində yeni milli standartlarını işlənməsi nəzərdə tutulub.


Mayın 3-də Bakıda MDB ölkələrinin standartlaşma, metrologiya və sertifikatlaşma üzrə işçi qrupunun toplantısı keçirilir. Toplantıda 21 məsələ müzakirə olunur. Ekspertlər tərəfindən 2007-2009-cu illər üzrə beynəlxalq standartlar planı işlənib hazırlanacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG