Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:55

Elmar Məmmədyarov Brüsseldə görüşlər keçirib


Mayın 2-də Brüsseldə NATO-nun mənzil-qərargahında Azərbaycanda fərdi tərəfdaşlıqla bağlı planın yerinə yetirilməsinə dair görüş keçirilib. Xarici İşlər Nazirliyindən bildirirlər ki, görüşdə planın icrası qiymətləndirilməklə yanaşı, ikitərəfli əməkdaşlığın artırılması, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Eyni zamanda, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov NATO rəhbərliyi və Avropa Komissiyasının xarici əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı ilə görüşlər keçirib. Nazir Beneto Ferreo ilə görüşüb, ikitərəfli əməkdaşlıq, regionda təhlükəsizlik və başqa məsələlər müzakirə edilib.


Mayın 3-də isə Elmar Məmmədyarov Mərakeşə yola düşəcək. Nazirin bu ölkənin rəsmiləri ilə görüşü planlaşdırılır, ikitərəfli sənədlərin imzalanacağı da gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG