Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:33

Misir dünya muzeylərindən incəsənət toplularını borc verməyi xahiş edir


Misir Fransa, Birləşmiş Ştatlar, Almaniya və Böyük Britaniya muzeylərinə müraciət edib. Qahirə bu ölkələrədən kolleksiyalarında olan Misir incəsənəti incilərini müvəqqəti ona verməyi xahiş edir. Bunu ölkənin baş arxeoloqu Zaxi Xavass bəyan edib.

Bundan qabaq Misir dəfələrlə ölkədən çıxarılan incəsənət əsərlərinin qaytarılmasına cəhd edib. Amma indi söhbət iki yeni muzeyin ekspozisiyası üçün qiymətli əşyaların müvəqqəti gətirilməsindən gedir. 2010-cu ildə Misirdə «Atum», 2011-ci ildə isə Qiza piramidası yaxınlığında «Misir» muzeyləri fəaliyyətə başlayacaq.


Misirin almağa ümid etdiyi eksponatlar arasında Britaniya muzeyindəki Rosetta Daşı və Berlindəki Misir Muzeyində saxlanan Nefertiti Büstü də var. Rosetta Daşı sayəsində heroqlifləri oxumaq mümkün olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG