Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:55

Sərbəst toplaşmaqla bağlı qanun layihəsi parlamentə təqdim olunacaq


ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Robin Sivord, 2 may 2007
ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Robin Sivord, 2 may 2007

ATƏT və hökumət təmsilçilərindən ibarət işçi qrupun hazırladığı «Sərbəst toplaşmaq azadlığı haqda» yeni qanun layihəsi tezliklə parlamentə təqdim olunacaq. ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Robin Sivord «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, hazırda qanun layihəsi üzərində intensiv iş gedir, Bakı Ofisi tezliklə Azərbaycan hökumətinin sərbəst toplaşmaq azadlığını tam təmin edəcək qanun qəbul edəcəyini gözləyir: «Ümid edirik ki, bu qanunvericilik həm Azərbaycan vətəndaşlarının maraqlarını təmin edəcək, həm də Avropa standartlarına cavab verəcək. Eyni zamanda bu icrası mümkün bir qanun olacaq».


Ötən il ATƏT Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı yeni qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib. Bakı Ofisi qanunda vaxt və yerlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.


Hökumətsə ötən ilin ortalarında qüvvədə olan qanunu Avropa Şurası Venesiya Komissiyasına ekspertizaya göndərmişdi. Bakıda beynəlxalq qurumların və hökumət təmsilçilərinin müzakirələrindən sonra yeni qanun layihəsi ilə bağlı işçi qrup yaradılmışdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG