Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

Əfqanıstanda Azərbaycan hərbçilərinin sayı artırıla bilər


Hazırda Əfqanıstanda 22, Kosovoda 30-dək, İraqda 150-dək Azərbaycan hərbçisi var

Hazırda Əfqanıstanda 22, Kosovoda 30-dək, İraqda 150-dək Azərbaycan hərbçisi var

Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərinin sayını təqribən iki dəfə artıracaq. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən «Associated Press» agentliyi xəbər yayıb.


«Əfqanıstandakı bizim sülhməramlıların sayını hazırkı 22 nəfərdən 40-44 nəfərə çatdırmaq planlarımız var»-deyə nazirliyin rəsmisi Xəzər İbrahim bildirib. O, deyib ki, sülhməramlıların sayında artımın nə vaxt baş verəcəyi barədə hər hansı qərar verilməyib.


«Associated Press» yazır ki, prezident İlham Əliyev Əfqanıstan, həmçinin Kosovoya daha çox hərbçi göndərməyi vəd etməklə respublikasının NATO ilə əlaqələrini dərinləşdirməyə çalışır. Hazırda Kosovoda 30-dək azərbaycanlı xidmət keçir.


Azərbaycan həm də İraqa hərbçi yollayan az sayda keçmiş sovet respublikalarından biridir. 150-dək Azərbaycan hərbçisi artıq İraqda xidmət edir. Onlar qarovulda durur və Hədid şəhəri yaxınlığında bəndi qoruyurlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG