Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:09

Ədalət və İnkişaf Partiyası vaxtından qabaq seçkilərə razıdır


Ərdoğan prezidenti ümumxalq səsverməsi yoluyla seçməyi təklif edir

Ərdoğan prezidenti ümumxalq səsverməsi yoluyla seçməyi təklif edir

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası öz lideri, Baş nazir Rəcəb Tayyip Ərdoğanın iyunun 24-də vaxtından qabaq parlament seçkiləri keçirmək təklifini dəstəkləyib.


Partiya Ərdoğanın digər –prezident seçkisi haqqında qanuna dəyişiklik etmək təşəbbüsünü də müdafiə edib.


Dövlət başçısının indiki kimi parlament tərəfindən deyil, ümumxalq səsverməsi yoluyla seçilməsi təklif olunur.


Ərdoğanın bəyanatından qabaq - mayın 1-də Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticələrini ləğv edib. Yeganə namizəd - hakim partiyanın üzvü, Xarici İşlər naziri Abdulla Güldür. Səsverməni boykot edən müxalifət onun mümkün seçilməsində dünyəvi dövlətə təhlükə görür.


Bu arada Türkiyədə siyasi böhran qiymətli kağızlar bazarına 20 milyard dollar ziyan vurub.


İstanbul Qiymətli Kağızlar Birjasında alver edən şirkətlərin ölkədə siyasi gərginliyin nəticəsi kimi itkiləri 20 milyard dolları ötüb.


«Zaman» qəzeti yazır ki, «birjada qiymətli kağızlar bazarının həcmi həftənin əvvəlindən 179.5 milyard dollardan 159.2 milyarda enib. Bazar 20.3 milyard dollar itirib».


Bazar ertəsindən Türkiyənin başlıca birja indeksi olan «ISE National-100» 7.11 faiz ucuzlaşıb. Türkiyənin milli valyutası – lirə ABŞ doları və Avroya nisbətdə düşür, amma bu tendensiya mayın 2-si səhər sövdələşmələrin açılmasıyla bir az azalıb.


Bununla belə, ekspertlər hesab edirlər ki, siyasi hadisələrin istənilən inkişafı qarşıdakı turizm mövsümünə təsir etməyəcək. «Lap fərz edək ki, hərbi çevriliş olacaq, onda da hərbçilər turizm mövsümünə heç bir vəchlə təsir etməməyə çalışacaqlar. Ötən payız Tailandda olduğu kimi», – Rusiyanın «Fresh-Travel» turizm şirkətinin baş direktoru Gennadi Kosarev belə deyir. Onun fikrincə, Konstitusiyaya əsasən, Türkiyədə bütün əsas hakimiyyət prezidentin yox, Baş nazirin əlindədir, Baş nazir isə uzun zamandır islamçı Ədalət və İnkişaf Partiyasının nümayəndəsidir, odur ki, hətta islamçının prezident seçilməsi belə ölkənin dünyəvi xarakterinə və nəticə olaraq, turizm biznesinə təsir etməyəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG