Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

«Yanar dağ» abidəsinin ərazisi qoruq elan edildi


Prezident İlham Əliyev mayın 2-də «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Abşeron rayonunun Məmmədli kəndindəki «Yanar dağ» təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilir.


Nazirlər Kabineti qoruğun Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsini təmin etməlidir.


Sərəncama əsasən, Abşeron Rayon İcra Hakimiyyəti iki ay müddətində qoruğu müvafiq bina ilə təmin etməli, qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün tədbirlər görməlidir.


XS
SM
MD
LG