Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:29

Gürcüstanda təbii qaz üçün tariflər artırılıb


Mayın 1-dən Gürcüstan əhalisi qaz pulunu yeni tariflərlə ödəyəcək - Tbilisidə hər kubmetr görə 50,62 tetri (təqribən 30 sent), rayonlarda isə 1 kubmetrə görə 45-55 tetri. Ümumilikdə istehlak tarifləri üçdə bir dəfə artıb. Bu vaxta qədər təbii qaza görə istehlak tarifi Tbilisidə 1 kubmetr görə 34,2 tetri, rayonlarda isə 36 tetri civarında dəyişirdi.


Təbii qazın buraxılış qiymətlərinin artması əsasən Rusiya təbii qazının tədarükü tarifinin qalxması ilə əlaqədardır. 2007-ci il yanvarın 1-dən «Qazprom» Gürcüstana qaz ixracının qiymətini hər 1000 kubmetrə görə 110 dollardan 235 dollara qaldırıb.


Mayın birinci yarısında etiraz aksiyaları seriyası planlaşdıran Gürcüstan müxalifəti əhali üçün kommunal ödənişlər probleminin həllini əsas tələbləri sırasına daxil edib.


Hazırda Gürcüstan Rusiyadan sutkada təqribən 4 milyon kubmetr qaz idxal edir. Ölkəyə qaz Azərbaycandan da daxil olur. Hazırkı mərhələdə bu ölkədən tədarükün həcmi sutkada 1,3 milyon kubmetr təşkil edir.


XS
SM
MD
LG