Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:38

Azərbaycan jurnalistləri ən çox təqib edən 10 ölkə arasında 8-cidir


Zorakılıq və qorxu mühitində Azərbaycan jurnalistləri öz funksiyalarını yerinə yetirə bilmir
Zorakılıq və qorxu mühitində Azərbaycan jurnalistləri öz funksiyalarını yerinə yetirə bilmir

Azərbaycan Avropa və Orta Asiyada jurnalistlərin ən çox təqib olunduğu, həbsə alındığı ölkədir. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin hesabatında belə deyilir.


Komitə mayın 2-də yaydığı hesabatda Efiopiya, Qambiya, Rusiya, Konqo, Pakistan, Kuba və Misirdən sonra ən çox jurnalistləri təqib edən 10 ölkə sırasında Azərbaycanı 8-ci yerdə göstərib.


Buna əsas səbəb kimi «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması, böhtanla bağlı məhkəmə iddialarının sayının 14-ə çatması, 5 jurnalistin həbsə alınması, fiziki zorakılığa məruz qalmaları göstərilib. Hesabatda ancaq 2006-cı illə bağlı faktlar yer alıb.


Komitənin koordinatoru Nina Oqnyanova deyir ki, Azərbaycan jurnalistlərin həbsinə görə Özbəkistandan ancaq say hesabında geri qalır. Məmurlar mediadakı tənqidlərə dözümlü yanaşmır və jurnalistləri cinayət məsuliyyətinə cəlb etdirməklə onları susdurmağa üstünlük verirlər.


Üstəlik, jurnalistlərə qarşı fiziki hücumlar və hədələr Azərbaycanda qeyri-rəsmi senzuranın ayrılmaz hissəsinə çevrilib. Oqnyanovanın sözlərinə görə, Elmar Hüseynovun 2005-ci ildə öldürülməsi və bu qətlin üstünün hələ də açılmaması buna sübutdur.


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, bu cür zorakılıq və qorxu mühitində Azərbaycan jurnalistləri öz funksiyalarını yerinə yetirə bilmir və cəmiyyət bundan ziyan görür.


Mayın 1-də isə başqa bir beynəlxalq təşkilat-«Freedom House» Azərbaycanı «azad olmayan» ölkələr sırasına daxil edib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG