Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

Rusiya Ermənistanda yeni Atom Elektrik Stansiyasının tikintisini maliyyələşdirəcək


Rusiya tərəfi Ermənistanda yeni Atom Elektrik Stansiyasının tikintisini tam maliyyələşdirməyə hazırdır.


Bu haqda razılaşma Rusiya Federal Atom Enerjisi Agentliyinin («Rosatom») rəhbəri Sergey Kiriyenkonun Yerevana səfəri zamanı əldə olunub. İnvestisiyaların müqabilində Rusiya yeni erməni Atom Elektrik Stansiyasının sahiblərindən biri olacaq.


Moskva xaricdə rusiyalı mütəxəssislərin iştirakıyla tikilən atom stansiyalarında paya iddialıdır. «Rosatom»da deyirlər ki, bu pay 5 faizdən 20-30 faizə qədər ola bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG