Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

İstanbulda polislə toqquşma nəticəsində yüzlərlə nümayişçi saxlanıb


Mayın 1-də dünyanın bir çox ölkəsində əmək günü qeyd olunur. Nümayişlərin əksəriyyəti dinc xarakter daşıyır.

Amma Türkiyənin İstanbul şəhərində polislə toqquşmalar nəticəsində yüzlərlə nümayişçi saxlanıb.


Makaoda (Çinin tərkibində ərazi) üç minədək nümayişçi hökumət binalarına keçməyə cəhd edib, polis havaya atəş açmaya başlayıb.


Çexiyanın Brno şəhərində nümayişçilər – kommunistlər və sağçılar arasında toqquşmalar olub.


Cənubi Koreyada isə ilk dəfə Şimali koreyalılarla birgə 1 May nümayişi keçirilib.


İtaliyanın Turin şəhərində həmkarlar ittifaqlarının çağırışı ilə yüz minədək insan küçələrə çıxıb.


Yunanıstan və Tailandda da çoxminli nümayişlər keçir.


Günün bütün mövzuları

XS
SM
MD
LG