Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:42

2010-cu il Dünya Çempionatı Cənubi Afrikada keçməyə bilər


Zepp Blatter: «Hər şey baş verə bilər»
Zepp Blatter: «Hər şey baş verə bilər»
FIFA prezidenti Zepp Blatter «BBC»yə müsahibəsində deyib ki, Cənubi Afrika 2010-cu il Dünya Çempionatına hazırlığı korladığı halda ehtiyat planı var. Bütün lazımi stadionların vaxtına qədər hazır olmayacağı qorxusu var.

Blatter deyib ki, dünya birinciliyini qəbul etməyə hazır başqa ölkələr də var: İngiltərə, ABŞ, Meksika, Yaponiya, İspaniya. «Hər bir halda, bizim ehtiyat planımız olmalıdır, axı, hər şey baş verə bilər», - deyə Blatter əlavə edib.


FIFA prezidenti həmçinin deyib ki, onun fikrincə, 2018-ci il Dünya Çempionatı Avropada yox, Asiyada keçirilməlidir. «Şəxsən mən düşünürəm ki, biz rotasiya prinsipini qoruyub saxlamalıyıq», deyə o, «Inside Sport» nəşriyyatına bildirib: «Heç olmazsa, dörd qitədən çıxış etməliyik. Bir qitə kimi Şimali və Cənubi Amerikanı, həmçinin Avropa, Afrika və Asiyanı götürürük. Bu o deməkdir ki, növbəti Dünya Çempionatı 2014-cü ildən sonra Asiyada keçiriləcək».


Blatter deyib ki, 2018-ci il Dünya Çempionatına hansı ölkənin sahiblik edəcəyi haqda qərar noyabrda veriləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG