Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

İran Azərbaycanında həbslər və məhkəmələr davam edir


Əsginasın üzərində yazılıb: «Elm sürəyya ulduzlarında olsa da, Pars (Fars) yurdunun kişiləri onu ələ keçirəcək»

Əsginasın üzərində yazılıb: «Elm sürəyya ulduzlarında olsa da, Pars (Fars) yurdunun kişiləri onu ələ keçirəcək»

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) xəbər verir ki, aprelin 26-da iki azərbaycanlı fəal Təbrizdə nəzarət altına alınıb. Hüseyn Nəsiri və Nurullah Hüseyniyan adlı bu fəallar aprelin 27-də evlərinə zəng edərək, ETTELAAT-ın təcridxanasında olduqlarını bildiriblər.


Aprelin 27-də Təbrizin Zəfəraniyyə məhəlləsində Araz Təbrizli adlı digər bir fəal ETTELAAT əməkdaşları tərəfindən tutularaq evindəki kompüter və diskləri müsadirə edilib.


ASMƏK-in 28 aprel tarixli növbəti hesabatında eyni zamanda bildirilir ki, 10 gün bu tarixdən əvvəl ETTELAAT əməkdaşları tərəfindən tutulmuş Həbib və Həmid Purvəli qardaşları 3 gün həbsdə saxlandıqdan sonra azadlığa buraxılıblar. Hər iki qardaşa həbsdə ikən işgəncə verildiyi güman edilir.


Aprelin 9-da Marağada nəzarət altına alındıqdan sonra Təbriz həbsxanasına aparılan Kamal Bərzi və Arslan Azməndiyanın vəziyyəti haqda məlumat yoxdur. Onlar bu yaxınlarda dövriyə buraxılan 5000 tümənlik əsginasın üzərindəki yazılara etiraz əlaməti olaraq vərəqələr payladıqları zaman tutulmuşlar. Burada nüvə simvolu ilə yanaşı Məhəmməd peyğəmbərə aid edilən belə bir cümlə yazılıb: «Elm sürəyya ulduzlarında olsa da, Pars ( Fars ) yurdunun kişiləri onu ələ keçirəcək». Belə bir hədisin saxta olduğuna inanan fəallar bununla İran hökumətinin farslara üstünlük verməsinə etiraz edir. Yazını qaralayan şəxslər və yeni əsginaslardan imtina edən bazar əhalisi də təqiblərə məruz qalır


ASMƏK-in başqa xəbərinə əsasən fevralın 21-də Beynəlxalq Ana Dili Günü nümayişləri zamanı Urmiyədə tutulmuş beş fəalın məhkəməsi aprelin 28-də keçirilib. İsmayıl Cavadi, Əbülfəzl Alilu, Əhməd Qüreyşi, Hüseyn Hüseyni Kiya və Cəmşid Hüseyni Kiyaya qarşı hansı hökmün çıxarılması barədə hələlik məlumat yoxdur. Sözügedən beş nəfər pantürkizm təbliğatı və İranın ərazi bütövlüyünə qarşı fəaliyyətdə günahlandırılırlar. Həmin şəxslər Beynəlxalq Ana Dili Günündən bir neçə gün əvvəl tutularaq 20 gün təcridxanada saxlandıqdan sonra müvəqqəti zaminə buraxılmışlar.


XS
SM
MD
LG