Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Jurnalistlər qarşıdurmaya getmək istəmədiklərindən 3 may aksiyasını təxirə salıblar


Jurnalistlərin mayın 3-nə təyin edilən yürüşü təxirə salınıb. «Qanun» jurnalının redaktoru Şahbaz Xudoğlu «Azadlıq» radiosuna bildirib ki, bu barədə qərar Redaktorlar Birliyinin mayın 1-də keçirilən toplantısında verilib. Şahbaz Xudoğlu deyir ki, onlar yürüş üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq müraciətə müsbət cavab almayıblar. Jurnalistlər polislə qarşıdurmaya getmək istəmədiklərindən aksiyanı təxirə salıblar.


Şahbaz Xudoğlu bununla belə bildirir ki, onlar mayın 3-də, mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edib orada toplantı keçirmək niyyətindədirlər. Daha sonra isə Beynəlxalq Mətbuat Mərkəzində 3 may-Ümumdünya Söz Azadlığı günü münasibəti ilə dəyirmi masa planlaşdırılır.


Təxirə salınan aksiyada isə Elmar Hüseynovun qatillərinin tapılmaması, Eynulla Fətullayevin həbsi, jurnalistlərə edilən təzyiqləri pisləyən şüarlar səsləndiriləcəkdi.


XS
SM
MD
LG