Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

Son həftədə Azərbaycan Rusiyaya ikinci dəfə nota verdi


Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə də Rusiyaya nota vermişdi
Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə də Rusiyaya nota vermişdi

Azərbaycan Rusiyaya etiraz notası göndərib. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahimin sözlərinə görə, nota Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratova təqdim edilib. Cənab İbrahim deyir ki, bu etiraz notası Rusiyada çap olunmuş ensiklopediya ilə bağlıdır. Orada Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik bəzi digər ərazilərinin tarixi Ermənistan torpaqları olduğu bildirilir: «Bu, Rusiya-Azərbaycan münasibətlərinə və Rusiyanın həmsədr kimi bitərəf roluna xələl gətirir».


Xəzər İbrahim bildirir ki, notada yanlış məlumatlara görə, təkzib verilməsi və çap olunan nüsxələrin dərhal müsadirə edilməsi istənilib.


Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə də Rusiyaya nota vermişdi. Həmin notada Rusiyanın «RTR» kanalında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan süjetə etiraz bildirilmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG