Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Əli İnsanov təzə kamerasından narazıdır


Əli İnsanov ötən ayın 21-də 11 il azadlıqdan məhrum edilib

Əli İnsanov ötən ayın 21-də 11 il azadlıqdan məhrum edilib

Keçmiş Səhiyyə naziri Əli İnsanov başqa bir kameraya köçürülüb. Bunu «Azadlıq» radiosuna mayın 1-i, 1 saylı təcridxanada İnsanovla görüşən vəkil Toğrul Babayev deyib. Onun sözlərinə görə, sabiq nazirin indi saxlandığı kamera əvvəlki kameraya nisbətən əlverişli deyil. Çünki indi həmin kamerada Ə.İnsanovdan başqa daha altı nəfər saxlanır və orada hava almaq xeyli çətindir. Vəkilin deməsinə görə, keçmiş nazir yerinin dəyişdirilməsinin səbəblərinin aydınlaşdırılması üçün həm ombudsman Elmira Süleymanovaya, həm də İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova müraciət göndərib.


Küllü miqdarda mənimsəmədə və başqa iqtisadi cinayətlərdə ittiham edilən Əli İnsanov ötən ayın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG