Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:46

QHT-lərə dövlət büdcəsindən vəsait ayrıla bilər


«Dövlət konkret layihələrlə bağlı sifarişlər verəcək və onların yerinə yetirilməsinə vəsait ayıracaq»

«Dövlət konkret layihələrlə bağlı sifarişlər verəcək və onların yerinə yetirilməsinə vəsait ayıracaq»

Parlamentdə qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması məsələsini tənzimləyəcək qanun layihəsi üzərində iş gedir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli «Sosial sifariş haqqında» qanunun bir çox yerli QHT-lərin xarici təşkilatların ayırdığı qrantlardan asılılığının aradan qalxmasına şərait yaradacağını deyir.


«Dövlət konkret layihələrlə bağlı sifarişlər verəcək və onların yerinə yetirilməsinə vəsait ayıracaq».


Millət vəkili onu bildirib ki, Sosial siyasət daimi komissiyası layihəni Milli Məclis Aparatının müvafiq şöbəsi ilə birgə hazırlayır. Qanunun konkret nə vaxt müzakirəyə çıxarılacağı barədə məlumat verilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG