Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:35

Bakıda 1 Maya həsr olunmuş nümayiş keçirilib


Azərbaycandan fərqli olaraq, bu bayram Rusiyada dövlət səviyyəsində qeyd edilir
Azərbaycandan fərqli olaraq, bu bayram Rusiyada dövlət səviyyəsində qeyd edilir

Mayın 1-i saat 12-də, Bakının Fəhlə prospektindəki «Bakı fəhləsi» heykəlinin önündə nümayiş keçirilib. Bir sıra solyönümlü partiya və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilən bu nümayiş Dünya Zəhmətkeşlərinin Həmrəylik Gününə həsr edilib.


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin həmsədri Mirvari Qəhrəmanlı deyib ki, əslində, zəhmətkeşlərin həmrəylik günü Azərbaycanda da rəsmən qeyd edilməlidir. Onun sözlərinə görə, indi sıravi neftçilər neft pullarının hara xərcləndiyini bilmirlər. Yaxşı olar ki, Azərbaycan neftçiləri bir araya gəlib neft pullarının taleyi ilə maraqlansınlar.


Yazıçı-jurnalist Həmid Herisçi isə deyib ki, indi hökumət çoxlu iş yerlərinin açılmasından danışır. Ancaq onun sözlərinə görə, bu iş yerlərində nə bir işçinin əmək kitabçası var, nə də onların sosial hüquqları qorunur.


H.Herisçi onu da deyib ki, gec-tez Azərbaycanda da sosial hərəkat kütləvi hal alacaq.


Azərbaycan müstəqillik qazandıqdan sonra 1 may bayram kimi rəsmən keçirilmir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG