Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

Xilaskar-əsgər abidəsi Tallində hərbi qəbiristanlıqda quraşdırılıb


Sovet Xilaskar-əsgərinə abidə Tallində hərbi qəbiristanlıqda quraşdırılıb və seyr üçün açıqdır. Bu haqda Estoniyanın Müdafiə Nazirliyi bəyan edib.

Tallinə Rusiya Dövlət Dumasının nümayəndə heyəti gəlib. Deputatlar hakimiyyət təmsilçiləri və abidənin şəhərin mərkəzindən köçürülməsinə etiraz edən nümayişçilərin nümayəndələri ilə görüşəcəklər.


Aprelin 30-da Estoniyanın Xarici İşlər Nazirliyi Moskvada öz səfirliyinin mühasirəyə alınmasına etiraz olaraq Rusiyaya nota verib. Sənəddə deyilir ki, səfirlik əməkdaşlarının həyatı və səhhəti təhlükə altındadır. Estoniya prezidenti Toomas Hemdrik İlves Rusiyanı Vyana Konvensiyasını pozmaqda ittiham edib.


«Naşi» və «Molodaya Qvardiya» Kremlyönümlü gənclər hərəkatlarının yüzlərlə fəalı Moskvada Estoniya səfirliyi qarşısında gecə-gündüz növbə çəkməkdə davam edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG