Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

Sahibkarlığa mane olan bürokratik əngəllərlə bağlı fərman imzalandı


Qüvvədə olan normativ hüquqi aktlar bu fərmana uyğunlaşdırılmalıdır

Qüvvədə olan normativ hüquqi aktlar bu fərmana uyğunlaşdırılmalıdır

Prezident İlham Əliyev aprelin 30-da «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalayıb. Sənəddə deyilir ki, davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən edib: «Bu vəzifələrin yerinə yetirilməsi biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Belə ki, mövcud çoxpilləli biznesə başlama proseduraları, mürəkkəb icazələr sistemi uzun müddət tələb etməklə bərabər, bəzi hallarda bürokratik əngəllər və süründürməçilik yaradır».


Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi ilə birlikdə vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» (vahid qeydiyyat orqanı) prinsipinə uyğun təşkilinə dair təkliflərini hazırlayıb prezidentə təqdim etsin.


Nazirlər Kabineti həmçinin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə torpaq sahələrinin ayrılması, tikinti (yenidənqurma və bərpa) işlərinə icazə verilməsi, o cümlədən inşaat pasportunun hazırlanması, tikintinin ekspertizadan keçirilməsi proseduralarının sadələşdirilməsi və bununla əlaqədar müddətlərin azaldılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına verməlidir.


Sənədə əsasən, qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflər də prezidentə təqdim edilməlidir.


XS
SM
MD
LG