Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Aleksandr Lukaşenko Bakıya rəsmi səfərə gəlir


Belarus Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri üç gün davam edəcək

Belarus Prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri üç gün davam edəcək

Mayın 1-dən Belarus Prezident Aleksandr Lukaşenkonun Azərbaycana üçgünlük rəsmi səfəri başlayır. Bu barədə «AzərTAc» dövlət xəbər agentliyi məlumat yayıb.


Prezident Sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin belaruslu həmkarı ilə təkbətək və geniş tərkibdə görüşü olacaq. Ölkələr arasında əməkdaşlığa dair bir neçə sənədin imzalanma mərasimi keçiriləcək. Azərbaycan və Belarus prezidentlərinin birgə mətbuat konfransı olacaq.


Belarus Prezidentinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də nəzərdə tutulub.


Bundan əlavə, cənab Lukaşenko Heydər Əliyev Fondunda olacaq, Belarusun Azərbaycanda milli sərgisinin açılışında iştirak edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG