Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:27

Korrupsiyaya qarşı Milli Strategiya ictimai müzakirəyə çıxarıldı


Bakıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya» üzrə konfrans başlayıb
Bakıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya» üzrə konfrans başlayıb

Aprelin 30-da Bakıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı Milli Strategiya» üzrə konfrans başlayıb. İki gün davam edəcək konfransda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə işçi qrupun hazırladığı layihə müzakirə edilir. Müzakirələrdə hökumət nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edirlər.


2007-2010-cu əhatə edən Milli Strategiyada Azərbaycanda korrupsiyanın azaldılması, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və ümumilikdə şəffaflığın artırılması sahəsində 184 tədbir həyata keçirilməsi planlaşdırılır.


Layihə müəllifləri hesab edir ki, korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illərdə həyata keçirilən dövlət proqramı çərçivəsində nəzərdə tutulan əsas tədbirlər həyata keçsə də, korrupsiyaya qarşı mübarizənin davam etdirilməsinə ehtiyac var. Üç ili əhatə edən Milli Strategiya korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasını, qanunların effektiv, ədalətli şəkildə tətbiq edilməsini, antikorrupsiya mədəniyyətinin formalaşmasına yardım edəcək mühitin möhkəmləndirilməsinə yönələn islahatları nəzərdə tutur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG