Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:08

Gəncədə yığılan bir yük maşını 23 500 manat dəyərində qiymətləndirilir


Gəncə Avtomobil Zavodu (GAZ) yük və kənd təsərrüfatı maşınlarının ehtiyat hissələrinin 30-35 faizinin Azərbaycanda istehsalı üçün tender elan edəcək. Bu barədə aprelin 30-da Minsk Avtomobil Zavodunun üç modeli üzrə yığılmış yük avtomobillərinin təqdimetmə mərasimində sözügedən müəssisənin direktoru Xanlar Fətiyev deyib. Onun sözlərinə görə, avtomobil ehtiyat hissələrinin ölkədə istehsalı Azərbaycanda yığılan maşınların qiymətini ucuzlaşdıra bilər. İndi zavodda yığılan bir yük maşını 23 500 manat dəyərində qiymətləndirilir.


Fətiyev hesab edir ki, əgər yerli tələbat olarsa, zavodun avtobuslar da yığmaq potensialı var. Üç model üzrə yeni yığılmış «Pəhləvan», «Gəncə» adlı yük maşınları isə hələlik daxili bazara çıxarılacaq. Belorusun Minsk Avtomobil Zavoduyla bağlanan müqaviləyə əsasən, hər il min maşının yığılması planlaşdırılır.


Gəncə Avtomobil Zavodu Belorusun traktor, Çinin minik maşınlarının yığımını da həyata keçirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG