Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:17

Çexiyanın Baş naziri: Raket Əleyhinə Müdafiə məsələsini çexlərin özləri həll edəcək


Çexiyada ABŞ-ın Raket Əleyhinə Müdafiə sisteminin yerləşdirilməsi məsələsini çexlərin özləri həll edəcək. Bunu ölkənin Baş naziri Mirek Topolanek bəyan edib.


Aprelin 29-da televiziya debatlarına qatılan Baş nazir deyib ki, bu məsələ «nə Brüssel, nə də Moskvada deyil», ya Çexiya parlamentində, ya da ümumxalq referendum yoluyla həll olunacaq.


Müxalif sosial demokratların lideri İrji Paroubek da eyni fikir söyləyib. Deyib ki, məsələni «Vaşinqton və Moskva həll etməməlidir». O, referendumun keçirilməsini tələb edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG