Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:15

Müsavat yenə bahalaşmaya etiraz mitinqi keçirdi


Müsavat Partiyası eyni tələblə bundan öncə də bir neçə yürüş-mitinq keçirib
Müsavat Partiyası eyni tələblə bundan öncə də bir neçə yürüş-mitinq keçirib

Müsavat Partiyası aprelin 29-da əhalinin kommunal xidmətlər, işıq və qaza görə indiyə qədərki borclarının silinməsi, əmək haqları, pensiya və müavinətlərin artırılması tələbi ilə növbəti etiraz aksiyasını keçirdi.


Bakının mərkəzindən bir qədər kənarda - metronun «Həzi Aslanov» stansiyasından yürüşlə başlayan aksiya daha sonra Ukrayna meydanında mitinqlə davam etdi. Aksiyada «insanları eşidin, qiymətləri endirin!», «qiymət artımına yox deyirik!», «işıq, su, qaz, belə bahalıq olmaz!» və «istefa!» kimi şüarlar səsləndirildi.


Millət vəkili Pənah Hüseyn və Müsavat Partiyasının başqanı İsa Qəmbər isə çıxışlarında həm də «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin həbsini və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun məhkəməyə çağırılmasını azad sözə, mətbuata olan təzyiq kimi qiymətləndirdilər.


Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Bu, hakimiyyətin qorxusudur. Hakimiyyət ona görə qəzetlərə hücum edir ki, qəzetlərdə fədakar, cəsarətli jurnalistlər çalışır, qəzetlər eyni zamanda fədakar, cəsarətli siyasətçilərin, ictimai xadimlərin fikirlərini xalqa çatdırır».


Bakı şəhər İcra Hakimiyyətinin razılıq verdiyi bu mitinq polisin əhatəsində keçirildi, hər hansı insident baş vermədi.


Müsavat Partiyası eyni tələblə bundan öncə də bir neçə yürüş-mitinq keçirib.


Tarif Şurasının yanvarın 8-də qüvvəyə minən qərarı ilə Azərbaycanda enerjidaşıyıcılar, su, elektrik və kommunal xidmətlərin qiymətləri qaldırılıb. Bunun ardınca hökumət pensiyalar və minimum əməkhaqqını da bir qədər qaldırsa da, müxalifət qiymətlərin artırılmasına heç bir iqtisadi əsas olmadığını iddia edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG