Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Şahzadə Harri İraqda ölməyə hazırdır


Şahzadə Harri Iraqda əsas hədəfdir
Şahzadə Harri Iraqda əsas hədəfdir
Britaniya ordusu Şahzadə Harrinin mühafizəsi üçün İraqa xüsusi təyinatlı bölmə göndərib. Bu barədə Britaniyanın «Observer» qəzeti yazır. Harrinin alayı isə İraqa may ayında yollanmalıdır.

Xüsusi təyinatlılar İraq üsyançı qruplaşmalarının hərəkətini izləyəcək, həmçinin «şahzadənin müdafiəsini gücləndirəcəklər».


Bundan əvvəl İraq yaraqlıları 22 yaşlı şahzadəni oğurlayıb öldürmək niyyətini bildiriblər. Yaraqlıların dediyinə görə, Bəsrə şəhərindəki Britaniya hərbi bazasında onların informatorları var və onlar Şahzadə Harrinin olduğu bütün yerlər barədə xəbər verəcəklər.


Müqtəda əs-Sədr hərəkatının hərbi lideri Əbu Muhtab deyib ki, Harrinin tutulması əsas vəzifələrdən biridir. «Britaniyalılar və amerikalılara nifrət edən istənilən adam bunu arzulayır. Harrini tutmaqla biz britaniyalıları diz çökdürə və bizimlə danışmağa vadar edə bilərik» - deyə Əbu Muhtab bildirib.


Şahzadə Harri isə arzusu yerinə yetirilmədiyi təqdirdə ordu sıralarından istefa edəcəyi ilə hədələyib, deyib ki, ən dəhşətlisinə hazırdır – hətta İraqda ölməkdən belə qorxmur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG