Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:48

Bermet Akayeva dindirilmədən sonra xəstəxanaya düşüb


Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin qızı Bermet Akayeva milisdə 8 saat dindirilmədən sonra xəstəxanaya yerləşdirilib.


Məlumatı qeyri-hökumət təşkilatları assosiasiyasının lideri Toktayım Umetaliyevaya istinadən «Interfax» agentliyi yayıb. Umetaliyeva deyib ki, sorğu-sualdan sonra Akayeva özünü pis hiss edib, onun təzyiqi aşağı düşüb.


Səhhətində yaranan problemlərə görə o, vilayət prokurorluğuna gələ bilməyəcək. Akayeva aprelin 24-də kütləvi iğtişaşlarla bağlı prokurorluğa çağırılıb.


XS
SM
MD
LG