Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:24

Tallində sovet əsgərlərinin qardaşlıq məzarının qazılmasına başlanıb


Məzar artıq sökülmüş Xilaskar-əsgər abidəsinin yaxınlığındadır.

Qazıntılar başlamazdan din xadimlərinin iştirakı ilə cənazə duası oxunub.


Estoniyanın Baş naziri Andrus Ansip televiziyada çıxışında deyib ki, əsgərlərin qalıqları və abidə hərbi qəbiristanlığa köçürüləcək.


Abidənin sökülməsindən sonra başlanan iğtişaşlar Tallində iki gecə davam edib. Yüzlərlə adam saxlanıb. Əksəriyyəti azad ediblər, amma yüzədək saxlanan şəxs dəniz terminalının anbarında həbsdədir. Bu haqda «Azadlıq» radiosuna «Noçnoy dozor» hərəkatının üzvləri məlumat veriblər.


Moskvada Estoniya konsulluğu və səfirliyi qarşısında müddətsiz etiraz piketləri keçirilir. Estoniya konsulluğu fəaliyyətini dayandırıb. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov deyib ki, aprelin 30-da Tallinə Dövlət Dumasının nümayəndə heyəti yollanacaq.


XS
SM
MD
LG