Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:13

«Ermənistanda əhalinin yalnız 2 faizi inqilaba inanır»


«Ermənistanda «rəngli» ya da hansısa başqa inqilab çoxdan mümkün deyil»
«Ermənistanda «rəngli» ya da hansısa başqa inqilab çoxdan mümkün deyil»
«Ermənistan əhalisinin yalnız 2 faizi inanır ki, ölkədə inqilab mümkündür».

Aprelin 27-də Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə Ermənistan Prezidenti Robert Koçaryan belə deyib.


«Ermənistan cəmiyyətində «inqilabçıların» sayının belə az olması ona sübutdur ki, Ermənistanda «rəngli» ya da hansısa başqa inqilab çoxdan mümkün deyil» – deyə o, bildirib.


Koçaryanın fikrincə, sakitlik yalnız o ölkədə hökm sürə bilər ki, hakimiyyət silahlı çevriliş yox, qanuni seçkilər yoluyla qurulsun, və Ukraynada hadisələrin son inkişafı bunu açıq nümayiş etdirib:


«Düşünürəm ki, Qırğızıstan və Ukraynada – «rəngli» inqilabların baş verdiyi ölkələrdəki son hadisələr respublikamızda sülh və daxili sakitliyin tərəfdarlarının artmasına səbəb olub».


Koçaryan deyib ki, Ermənistan keçid dövrünün ən çətin mərhələlərindən qalib çıxıb:


«Son altı ildə bizdə 12.5 faiz sabit illik iqtisadi artım var, Bu, Ermənistan üçün çox ciddi rəqəmdir, bunu sürətli inkişaf adlandırmaq olar».


Prezidentin sözlərinə görə, Ermənistan misilsiz iqtisadi artım tempi olan ölkələrdəndir:


«İnkar etmirəm, Ermənistanda «kölgə» iqtisadiyyatı var və büdcəni artırmaq imkanları da var. Ötən və bu ilin büdcələrini müqayisə etsək, görərik ki, o, artıb. Hazırda Ermənistan büdcəsi 1 milyard dollar təşkil edir, 1997-ci ildə, mən respublikanın Baş naziri olanda, büdcə 250 milyon dollar idi».


«Ermənistan faktiki təbii resursları olmayan ölkədir. Azərbaycanın Ümumi Daxili Məhsulundan neft dollarlarını çıxıb, iki ölkənin ÜDM-lərini müqayisə etsək, nəticə Ermənistanın xeyrinə olar» – deyə Koçaryan fikrini tamamlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG