Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:20

Avropa Birliyi Türkiyə hərbçilərini siyasətə qarışmamağa çağırır


Avropa Birliyi Türkiyə ordusuna xəbərdarlıq edir ki, siyasətə qarışmasın.


Ordu rəhbərliyi bəyan etmişdi ki, parlamentdə yeni prezident seçkisini diqqətlə izləyir.


Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Olli Ren deyib ki, Türkiyə silahlı qüvvələri üçün sınaq dövrüdür, demokratiyaya hörmət Türkiyənin Birliyə üzvlüyü üçün əsas şərtdir. Gərək ordu demokratiya məsələsini demokratiya yoluyla seçilmiş hökumətə həvalə etsin.


Aprelin 27-də səsvermənin birinci turunda Türkiyə prezidentini seçmək mümkün olmayıb. Qarşıda daha iki tur qalıb.


Gözlənilir ki, son nəticədə mötədil islamçıları təmsil edən hazırkı Xarici İşlər naziri Abdulla Gül qalib gələcək.


XS
SM
MD
LG