Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:09

ABŞ-da Virciniya faciəsinin təkrarlanmasının qarşısı alınıb


Aprelin 16-da Ço Sen Xi universitetdə 32 adamı qətlə yetirib
Aprelin 16-da Ço Sen Xi universitetdə 32 adamı qətlə yetirib
Amerikanın Miçiqan ştatının rəhbərliyi Virciniya ştatında baş vermiş faciənin təkrarlanmasının qarşısını alıb. Məlumatı «Associated Press» agentliyi yayıb.

Travers-Siti şəhərində 15 yaşlı məktəbli öz dostuna etiraf edib ki, onu alçaltdıqlarına görə sinif yoldaşlarından intiqam almaq istərdi.


Məktəblinin niyyəti haqqında xəbər Qrand-Travers qraflığının şerifinə çatıb. Miçiqan polisi məktəblinin evində axtarış aparıb və 12 tüfəng və döyüş sursatı aşkarlayıb.


İlkin məlumata görə, silah məktəblinin valideynlərinə məxsusdur. Yeniyetmə müayinə və müalicə üçün tibbi mərkəzə göndərilib. O, sinif yoldaşlarından intiqam almaq istədiyini dərhal boynuna alıb. Deyib ki, ideya onun ağlına hələ iki ay əvvəl gəlib.


2007-ci il aprelin 16-da iki tapança ilə silahlanmış 23 yaşlı Ço Sen Xi Virciniya ştatının Texniki Universitetinin yataqxanasına girib, tələbələrə atəş açıb, 2 saat sonra isə tədris korpusuna keçərək oradakıları atəşə tutub. İnsident nəticəsində 32 nəfər ölüb, daha 30 tələbə və müəllim isə yaralanıb. Kütləvi qətliamdan sonra cani özünə də atəş açıb.


Həmin hadisə ABŞ-ın yaxın tarixi ərzində ictimai yerdə ən qanlı insident sayılır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG