Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:20

Rusiya ilə elektrik enerjisi mübadiləsi bərpa olunur


Rusiyanın RAO «EES» şirkəti ilə «Azərenerji» Səhmdar Cəmiyyəti arasında elektrik enerjisinin mübadiləsinin bərpası ilə bağlı razılaşma əldə edilib.


«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əskərov Azadlıq radiosuna deyib ki, Azərbaycan Rusiyadan elektrik enerjisini daha əlverişli şərtlərlə alacaq. Qiymətə gəlincə isə, cənab Əskərov bunu açıqlamamağı xahiş edib: «Kommersiya sirri kimi saxlamağımızı istəyiblər. Əsas odur ki, şərtlər Azərbaycanı qane edir».


Yeni müqavilə üzrə iş mayın 1-dən başlayacaq.


Aprelin əvvəlindən etibarən Rusiya ilə Azərbaycan arasında enerji mübadiləsi «sıfır» səviyyəsində idi. Yəni Rusiyadan idxal olunan enerji eyni miqdarda geri qaytarılırdı. İdxalın dayandırılmasına səbəb qiymətlə bağlı razılığın əldə olunmaması idi. Rusiya tərəfi elektrik enerjisinin 1 kilovatını 4.1 sentə satmaq istəyirdi. «Azərenerji» isə qiymətlərin əvvəlki kimi qalmasını - 1 kilovata 3.6 sent ödəməklə almaq istəyirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG