Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

Səkkiz konqresmen Fərhad Əliyevin azad olunmasını istəyir


Aprelin 19-da Fərhad Əliyevin həbsdə saxlanmasının bir il altı ayı tamam oldu

Aprelin 19-da Fərhad Əliyevin həbsdə saxlanmasının bir il altı ayı tamam oldu

Bir qrup ABŞ konqresmeni Dövlət katibi Kondoliza Raysa məktub yazıb, Azərbaycanda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məsələsini Azərbaycan hökuməti qarşısında qaldırmağa çağırıb.

Məktubda deyilir ki, aprelin 19-da Azərbaycanın qanunun aliliyi və insan haqlarına sadiqliyi sınağa çəkildi. Həmin gün Fərhad Əliyevin həbsdə saxlanmasının bir il altı ayı tamam oldu. Qərbyönlü, liberal islahatçı kimi tanınan Fərhad Əliyev 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanıb. Azərbaycanın Cinayət Məcəlləsinə görə, heç bir məhbus istintaq dövründə 18 aydan çox həbsdə saxlana bilməz. Azərbaycan hakimiyyəti dövlət çevrilişinə cəhd ittihamını sübut edən dəlil tapmayıb, bu ittihamı işdən ayırıb, ancaq qanunsuz olaraq Fərhad Əliyevi həbsdə saxlayır.


Konqresmenlər Fərhad Əliyevi dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırlar:


«Azərbaycan Birləşmiş Ştatların müttəfiqi olsa da, bu ölkədə insan haqlarının vəziyyətinin pisləşməsi, siyasi məhbusların sayının artması ciddi narahatlıq doğurur və bu problem dərhal həll olunmalıdır».


Konqresmenlər dövlət katibi Kondoliza Raysı bir daha çağırırlar ki, bu məsələni Azərbaycan hökuməti qarşısında, həmçinin media vasitəsilə qaldırsın, Azərbaycandan tələb etsin ki, qanunlara əməl etsin, Fərhad Əliyev dərhal buraxılsın. Keçmiş İqtisadi İnkişaf naziri özünümüdafiə üçün ədalətli və açıq məhkəmə ilə təmin olunsun.


Müraciəti səkkiz konqresmen – Yan Şakovski, Tom Lantos, Qeri Akerman, Dana Rorabaxer, LLoyd Doqqett, Dayn Uatson, Ceyms MakQovern, Frank Pallone imzalayıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG