Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:42

Türkiyə ordusu hökumətə xəbərdarlıq etdi


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə rəhbərliyinə xəbərdarlıq edib.

«Baş Qərargah dünyəvi quruluşun müdafiəsinə dair vəziyyəti narahatlıqla izləyir... Unutmamaq lazımdır ki, Türkiyə silahlı qüvvələri dünyəvi quruluşun əzmkar müdafiəçisidir... Türkiyə ordusu zərurət yaranarsa, öz mövqeyini açıq və aydın büruzə verəcək. Heç kim buna şübhə etməməlidir» - hərbi idarənin internet saytında dərc olunan bəyanatda belə deyilir.


Aprelin 27-də Türkiyə parlamentində prezident seçkisinin birinci turu keçirilib. Seçkidə 361 deputat iştirak edib.


Türkiyənin Xarici İşlər naziri Abdulla Gül 357 səs toplayıb, qələbə çalmaq üçün Gül 367 səs toplamalıydı. Parlament sədri Bülent Arınç seçkinin ikinci turunu mayın 2-nə təyin edib.


Türkiyə müxalifəti seçkini boykot edir.


XS
SM
MD
LG