Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

Haraşti Əliyevi jurnalistlərin cinayət təqibinə son qoymağa çağırıb


M.Haraşti Eynulla Fətullayevlə bağlı məsələ üzərində xüsusilə dayanıb

M.Haraşti Eynulla Fətullayevlə bağlı məsələ üzərində xüsusilə dayanıb

ATƏT-in Mətbuat Azadlığı üzrə təmsilçisi Mikloş Haraşti aprelin 25-də İlham Əliyevlə görüşündə dövlət başçısını jurnalistlərin cinayət təqibinə son qoymağa və Cinayət Məcəlləsindən diffamasiyaya görə, cinayət məsuliyyətini çıxarmağa çağırıb. Bu xəbər «Turan»a ATƏT-in Bakı Ofisindən daxil olub. Haraştinin sözlərinə görə, prezidentlə görüşdə diqqəti Azərbaycanda beş jurnalistin həbsdə olmasına və KİV təmsilçiləri üzərində gözlənilən yeni cinayət proseslərinə yönəldib.
«Mən dövlət başçısına 2005-ci ildə jurnalistlərə qarşı iddialara moratorium qoymasına və keçən il iki jurnalisti əfv etməsinə görə, təşəkkür etdim. Mən həmçinin göstərdim ki, ATƏT dövlətləri arasında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkədir», - deyə Haraşti deyib. Bu zaman M.Haraşti ən çox oxunan qəzetlərdən birinin redaktoru olan Eynulla Fətullayevlə bağlı məsələ üzərində xüsusilə dayanıb.


Bununla birgə M.Haraşti Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS telekanalına daha altı il müddətinə lisenziya verilməsini alqışladığını deyib. Bu qərar M.Haraştinin MTRŞ başçısı ilə görüşündən sonra baş verib.
Haraştinin İ.Əliyevlə görüşündə həmçinin ATƏT-in Bakı Ofisinin rəhbəri Xose-Luis Herrero da iştirak edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG