Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:58

Dörd hakimə töhmət verilib


Məhkəmə-Hüquq Şurası dörd hakimə töhmət verib. «AzərTAc» xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının növbəti iclasında belə qərar qəbul edilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bəzi hakimlər tərəfindən qanun pozuntularına, süründürməçiliyə və digər ciddi nöqsanlara yol verilməsinin haqlı narazılıqlara səbəb olması vurğulanıb.


Bununla əlaqədar hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətlərində qanunvericiliyin tələblərini, o cümlədən mülkiyyət hüquqlarını pozduqlarına, işlərə süründürməçiliklə baxdıqlarına, vətəndaşların əsassız get-gələ salınmasına və sair pozuntulara görə, Apellyasiya Məhkəməsinin hakimləri Maisə Hüseynovaya, Lətif Nəbiyevə və Salman Hüseynova, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Alim Namazova töhmət verilib, Apellyasiya Məhkəməsinin hakimi Rasim İsgəndərova və Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi Elnur Cəbiyevə irad tutulub.


Həmçinin bəzi hakimlərin işlərə baxılmasında ciddi pozuntulara yol verdiklərinə, o cümlədən vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratdıqlarına görə, Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhərinin rayon məhkəmələrinin beş hakimi barədə intizam icraatı başlanılıb.


XS
SM
MD
LG