Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07

Avropa Birliyi jurnalistlərə qarşı hücumları pisləyib


Birlik Fətullayevin həbsini «ciddi narahatçılıqla» qəbul edib

Birlik Fətullayevin həbsini «ciddi narahatçılıqla» qəbul edib

Avropa Birliyi «Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin mühakimə edilməsi və iki il yarım müddətinə həbsi haqqında xəbəri «ciddi narahatçılıqla» qəbul edib. «Biz Daimi Şuranın martın 1-də ifadə etdiyi narahatlığı bir daha təkrar etmək istəyirik ki, rəsmi şəxslərin böhtana görə cinayət təqibi haqqında iddiaları mətbuatın azadlığının məhdudlaşdırılması məqsədilə istifadə edilir», - «Turan»a Almaniyanın Azərbaycandakı səfirliyindən daxil olmuş Avropa Birliyinin Azərbaycanda mətbuat azadlığı haqqında bəyanatında belə deyilir.
Avropa Birliyi ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin bu məsələ üzrə «aydın və sərt reaksiyasını» tamamilə dəstəkləyir. Avropa Birliyi hakimiyyəti Azərbaycanda olan Haraşti ilə «konstruktiv dialoq» aparmağa çağırır. Bəyanatda deyilir: «Biz hadisələrin pozitiv inkişafını, Haraştidən onun Azərbaycana səfərinin nəticələri üzrə məlumat gözləyirik və yaxın gələcəkdə bu məsələyə yenidən qayıtmaq niyyətindəyik».


Günün bütün mövzuları

XS
SM
MD
LG