Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:36

Urmiyə məhkəməsi Azərbaycan fəalını bir il həbs cəzasına məhkum edib


Hüseyn Qomi bir il şərtsiz həbs cəzasına məhkum edilib

Hüseyn Qomi bir il şərtsiz həbs cəzasına məhkum edilib

21 fevral Beynəlxalq Ana Dili Günü keçirilən aksiyalarda iştirak etdiyinə və həmin nümayişləri öz mobil telefonu ilə çəkdiyinə görə nəzarət altına alınan Hüseyn Qomi aprelin 25-də Urmiyənin İnqilab Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum edilib.


O, aksiya zamanı tutulduğu vaxt 20 gün təcridxanada sonra məhkəməyə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdı.


İran İslam Respublikasının konstitusiyasında dinc şəkildə aksiya keçirmək vətəndaşların təbii haqqı kimi elan edilir. İnsan hüquqları təşkilatları, o cümlədən “Amnesty International” Ana Dili Günü mərasimində iştirak edən azərbaycanlı fəalların həbsi ilə bağlı İran hökumətinə etdikləri müraciətlərdə bunla beynəlxalq insan haqlarından əlavə ölkənin öz qanunlarının da pozulduğunu bildirmişlər.


“Amnesty International” 10 mart tarixli bəyanatında dil hüquqlarının bərpasını tələb etdikləri üçün həbs olunan azərbaycanlıların dərhal azad edilməsini tələb etmişdi. Həmin sənəddə təşkilat Beynəlxalq Ana Dili Günü nümayişləri ilə əlaqədar yüzdən artıq azərbaycanlı fəalın həbsi barədə məlumat əldə etdiyini bildirmişdi. Bu fəalların bir çoxu zaminə buraxılsa da bu günə qədər məhkəmə qərarını gözləyir.


XS
SM
MD
LG