Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

«Sərhəddəki toqquşma anlaşılmazlıq ucbatından baş verib»


Qanunsuz miqrantlar qəsdən sağlamlığa zərər vurmada təqsirli bilinirlər
Qanunsuz miqrantlar qəsdən sağlamlığa zərər vurmada təqsirli bilinirlər

Aprelin 26-da Azərbaycanla Gürcüstan sərhədində «Qırmızı körpü» nəzarət-buraxılış məntəqəsində silahlı toqquşma anlaşılmazlıq ucbatından baş verib. Qazax Rayon Polis İdarəsinin rəisi Şükür Mehdiyev belə deyir. O, «Azadlıq» radiosuna bildirib ki, həmin gün qeydiyyatları olmadığından Azərbaycandan deportasiya olunan Türkiyə vətəndaşları ilə Dövlət Sərhəd Xidməti əməkdaşları bir-birini başa düşməyiblər. Nəticədə yaralananlar var. Hadisəylə bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb. Həmin şəxslər qəsdən sağlamlığa zərər vurmada təqsirli bilinirlər.


Şükür Mehdiyev bu hadisəyə görə, hələlik həbs edilənlərin olmadığını, təxminən on nəfərin dindirildiyini deyir.


Qazax rayon xəstəxanasından isə bildirirlər ki, toqquşma zamanı yaralanan iki Türkiyə vətəndaşı xəstəxanadan çıxıb. Yaralanmış üç əsgərdən ikisinin səhhəti isə qənaətbəxşdir, onlar artıq hospitalda yerləşdiriliblər.


Xəstəxananın baş həkim əvəzi Arzu Novruzovun sözlərinə görə, üçüncü xəstənin - qarın boşluğundan xəsarət almış və nəticədə xeyli qan itirmiş Elmir Rüstəmovun vəziyyəti ağır olaraq qalır. Hələlik həkimlər onun səhhəti haqda qəti söz demirlər.


Azərbaycandan çıxarılan Türkiyə vətəndaşları qeydiyyatı olmayan miqrantlardır. Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəhbəri Şövqi Hadıyev «Azadlıq» radiosuna deyib ki, aprelin ortalarınadək ölkədən çıxarılan miqrantların içərisində Türkiyə vətəndaşları beş nəfər olsa da, son üç gündə deportasiya edilənlərin sırasında onlar çoxluq təşkil edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG