Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:43

İran səfirliyi qarşısında icazəsiz piket keçirilib


Aprelin 27-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında icazəsiz piket keçirib. Aksiya iştirakçıları İranda etnik azərbaycanlıların hüquqlarını pozan siyasətə etiraz ediblər. Piketin qətnaməsində İranda azərbaycanlılara qarşı təqiblərə son qoyulması, həbs edilmiş və məhkum edilmiş fəalların azad edilməsi, Azərbaycan dili və mədəniyyətinin inkişafı üçün şərait yaradılması tələbləri səslənib.
Polis beş aksiya iştirakçısını saxlayıb. AMİP-ın Mətbuat Xidmətinin rəhbəri Əli Oruclunun sözlərinə görə, partiya aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, meriyadan onlara mənfi cavab verilib.


XS
SM
MD
LG