Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:44

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin əvvəlcədən razılaşdırılan tədbirinə imkan verilməyib


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin aprelin 27-də «Bakı» Biznes Mərkəzində əvvəlcədən razılaşdırılan tədbirinə imkan verilməyib. Sözügedən qəzetlərin şef redaktoru Şahvələd Çobanoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar tədbir keçirmək üçün mərkəzə gəlsələr də, qapıların bağlı olduğunu görüblər. Komitənin fəallarına bildirilib ki, mərkəz təmirə dayanıb. Amma buna baxmayaraq komitə üzvləri tədbiri elə Milli Parkda açıq havada keçiriblər.


Mətbuatın vəziyyətilə bağlı bir sıra şüarlar səsləndirdiklərini deyən Çobanoğlunun sözlərinə görə, polis tədbirə heç bir müdaxilə etməyib. «Bakı» Biznes Mərkəzindən isə «Azadlıq» radiosuna bildirilib ki, tədbrinin keçirilməməsinə səbəb sərgiyə hazırlıqla bağlı olub. Bu barədə komitənin üzvləri əvvəlcədən məlumatlandırılıb.


XS
SM
MD
LG