Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

Şahmatın inkişaf etdirilməsi haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev şahmatın inkişaf etdirilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, hazırda respublikada fəaliyyət göstərən 62 uşaq-gənclər şahmat məktəbində və həmçinin ümumtəhsil məktəblərində 40 minə yaxın uşaq və yeniyetmə şahmatla məşğul olur: «Müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı olduğu halda, hazırda 15 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 9 FİDE ustası və 6 beynəlxalq dərəcəli hakim var. Son 15 il ərzində şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında vətənimizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olmuş, 72 medal, o cümlədən 24 qızıl medal qazanmışlar».


Respublikada şahmatın daha da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə qərara alınır ki, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə, Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının təkliflərini nəzərə almaqla, «2008-2013-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi» Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG