Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Yerüstü saat işə düşdü


Saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarıblar

Saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarıblar

Bakının Yasamal rayonunda C.Cabbarlı küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişdiyi yerdə (köhnə avtovağzalla üzbəüz) yaşıllıq təpədə quraşdırılan yerüstü saat işə düşdü. Saatın ətrafı gül-çiçəklə əhatə olunub. Saatın əsas hissələrinin xarici ölkələrin birindən gətirilib. Elə saatı da xarici mütəxəssislər quraşdırıb.


Amma saat quraşdırılandan bir gün sonra uşaqlar onun zənginin mexanizmini sıradan çıxarıblar. Bu problemi aradan qaldırmaq üçün indi saatın zəngi daha hündür dirəkdən asılacaq ki, ona əl çatmasın.


Yeni musiqili saat hər saatın tamamında ucadan səslənəcək mexanizmə malik olacaq.


Bu tip saatın bir sıra Avropa şəhərlərində də olduğu bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG